1.QƏZƏL
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Qamu bimarinə canan, dəvayi-dərd edər ehsan,
Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?
Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,
Desəm ol bivəfa bilmən, inanarmı inanmazmı?
Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?
Güli-rüxsarinə qarşu, gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?
Deyildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil, səni görcək utanmazmı?
Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadən usanmazmı?
2.QƏZƏL
Ah eylədiyim sərvi-xuramanın üçündür,
Qan ağladığım qönçeyi-xəndanın üçündür.
Sərgəştəliyim kakili-mişkinin ucundan
Aşüftəliyim zülfi-pərişanın üçündür.
Bimar tənim nərgisi-məstin ələmindən,
Xunin ciyərim ləli-dürəfşanın üçündür.
Yaxdım tənimi vəsl günü şəm tək, əmma
Bil kim, bu tədarük şəbi-hicranın üçündür.
Qurtarmağa yəğmayi-qəmindən dilü canı,
Səyim nəzəri-nərgisi-fəttanın üçündür.
Can ver, könül, ol qəmzəyə kim, bunca zamanlar,
Can içrə səni bəslədiyim anın üçündür.
Vaiz bizə dün duzəxi vəsf etdi, Füzuli,
Ol vəsf sənin külbeyi-əhzanın üçündür.
3.QƏZƏL
Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor,
Zülali-zövq şövqün təşneyi-didar olandan sor!
Ləbin sirrin gəlib göftarə məndən, özgədən sorma,
Bu pünhan nüktəni bir vaqifi-əsrar olandan sor!
Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil,
Kəvakib seyrini şəb ta səhər bidar olandan sor!
Xəbərsiz olma fəttan gözlərin cövrün çəkənlərdən,
Xəbərsiz məstlər bidadını hüşyar olandan sor!
Qəmindən şəm tək yandım, səbadən sorma əhvalım,
Bu əhvalı şəbi-hicran mənimlə yar olandan sor!
Xərabi-cami-eşqəm, nərgisi-məstin bilir halım,
Xərabat əhlinin əhvalını xummar olandan sor!
Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil,
Füzuli, eşq zövqün, zövqi-eşqi var olandan sor

Mehemmed Füzuli
0 Yorumlar:
Yorum Gönder